AZƏRBAYCAN » CƏMİYYƏT
25 Yanvar 2021, 17:50 (GMT +4)

Ötən il İraq həbsxanalarından və uşaq evlərindən qayıtmış 194 uşaq-dan 83-ü dövlət qeydiyyatına alınıb

Bakı, 25 yanvar, SalamNews. 2020-ci ildə 127 588 uşağın doğumu qeydə alınıb.

SalamNews-un məlumatına görə, bunu Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında Nazirliyin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib. Onlardan 67 972-i oğlan, 59 616-sı qız olub. Həmçinin 1691 əkizin, 46 üçəmin və 1 dördəmin doğumu qeydə alınıb. 2020-ci ildə 1 401 uşağın doğumu səyyar qaydada xəstəxanada dövlət qeydiyyatına alınaraq, doğum haqqında şəhadətnamə verilib. Kəndlərdə, qəsəbələrdə doğumu qeydiyyata alınmayan uşaqlar da var, bununla bağlı maarifləndirmə işləri nəticəsində 1 312 uşaq aşkar edilib, onlardan 1 205-i dövlət qeydiyyatına alınıb. 2020-ci ildə İraq həbsxanalarından və uşaq evlərindən qayıtmış 194 uşaq-dan 83-ü dövlət qeydiyyatına alınıb.