DÜNYA » SİYASƏT
25 Yanvar 2021, 13:37 (GMT +4)

İrana məxsus bir tanker İndoneziya sahillərində saxlanılıb

Bakı, 25 yanvar, SalamNews, B,Samid. "İndoneziya Sahil Mühafizəsi Xidməti tərəfindən iki tanker saxlanılıb ki, onların biri İrana məxsusdur."

SalamNews İRNA-a istinadla xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bu gün İndoneziya sahillərində bir İran gəmisinin saxlanıldığı xəbərini təsdiqləyib.

O bildirib ki, hazırda İndoneziya tərəfi ilə tankerin saxlanılma səbəbilə bağlı danışıqlar aparılır.

İran rəsmiləri ilk versiyada bu gəminin texniki səbəblərdən İndoneziya sahilinə aparıldığını bildirirlər.

Qeyd edək ki, İran ötən ay Fars Körfəzində Cənubi-Koreyaya məxsus bir tankeri saxlamışdı. Hazırda Cənubi-Koreya ilə İran arasında gəmilərin sərbəst buraxılması, habelə Seul banklarında ABŞ sanksiyalarından dolayı dondurulan 7 milyard dollar pulun sərbəst buraxılması ilə bağlı danışıqlar davam edir.