![]() |
AZƏRBAYCAN » SİYASƏT |
![]() Mühəndis qoşunlarının şəhid olan hərbi qulluqçularının sayı açıqlanıb Bakı, 26 yanvar, SalamNews. Vətən müharibəsində mühəndis qoşunlarının 27 hərbi qulluqçusu döyüş əməliyyatlarında şəhid olub. SalamNews-un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında mühəndis qoşunları komandanının müavini polkovnik Ceyhun Cəfərov deyib. Onun sözlərinə görə, döyüşlər zamanı mühəndis qoşunlarının 143 hərbi qulluqçusu yaralanıb: "Hərbi qulluqçularımızın göstərdiyi yüksək peşəkarlığı Ali Baş Komandan tərəfindən qiymətləndirilib. Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətə, o cümlədən döyüş meydanında vəzifə borcunun layiqincə yerinə yetirdiyinə görə mühəndis qoşunlarının 30 nəfərdən çox hərbi qulluqçusu ordenlə, 400-dən çox hərbi qulluqçusu isə müxtəlif medallarla təltif edilib. Bundan başqa Müdafiə naziri tərəfindən 300 nəfərdən çox hərbi qulluqçusu isə medalla təltif edilib". |