AZƏRBAYCAN » CƏMİYYƏT
26 Yanvar 2021, 17:50 (GMT +4)

Azərbaycanda şəhid ailələrinin üzvləri növbədənkənar işə götürüləcək

Bakı, 26 yanvar, SalamNews. Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan qrup kimi 5 faizlik növbədənkənar işə götürülmə kvotası şəhid ailələrinin üzvlərinə də şamil ediləcək.

SalamNews xəbər verir ki, bu barədə “Report”a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, bununla bağlı “Məşğulluq haqqında” qanuna dəyişiklik layihəsi parlamentə daxil olub.