DÜNYA » SİYASƏT
26 Yanvar 2021, 17:40 (GMT +4)

ABŞ Senatı Janet Yelleni Maliyyə naziri vəzifəsinə təsdiqləyib

Bakı, 26 yanvar, SalamNews. ABŞ Senatı Janet Yelleni Maliyyə naziri vəzifəsinə təsdiqləyib.

SalamNews -un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Yellenin namizədliyi ilə bağlı səsvermə Senatın saytında canlı olaraq yayımlanıb.

Namizəd təsdiq üçün lazım olan səsi toplayıb.

Yellenin namizədliyi ixtisas komitəsi tərəfindən tövsiyə olunmuşdu.

Xatırladaq ki, Yellen tanınmış iqtisadçıdır, o əvvəllər ABŞ Federal Ehtiyat Sisteminə rəhbərlik edib.