DÜNYA » CƏMİYYƏT
27 Yanvar 2021, 14:47 (GMT +4)

Gürcüstanda koronavirusa yoluxanların sayı 255 mini keçib

Bakı, 27 yanvar, SalamNews. Gürcüstanda son 24 saat ərzində 742 koronavirusa (COVID-19) yoluxma aşkar edilib, 12 nəfər ölüb.

SalamNews -un məlumatına görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi veb saytda məlumat verilir.

Gürcüstanda koronavirusa yoluxanların sayı 255 564-ə, ölənlərin sayı isə 3 108 nəfərə çatıb.

245 527 nəfər müalicə edilərək sağalıb.