RUSİYA » CƏMİYYƏT
27 Yanvar 2021, 16:09 (GMT +4)

Rusiyada son sutkada koronavirusa yoluxan 594 nəfər ölüb

Bakı, 27 yanvar, SalamNews. Rusiyada son sutkada koronavirusa yoluxan 594 nəfər ölüb.

SalamNews xəbər verir ki, bu barədə "Telegram" kanalında virusun yayılmasına qarşı mübarizə üzrə əməliyyat qərargahı məlumat verib.

Ümumilikdə, pandemiya dövründə COVID-19-dan 71076 nəfər ölüb.

Rusiyada son sutkada 85 bölgədə 17.741 koronavirusa yoluxma aşkar edilib.

Epidemiyanın başlanğıcından ölkədə 3 774 672 yoluxma qeydə alınıb.

Əsasən yoluxmalar Moskvada (1837), Sankt-Peterburqda (1813) və Moskva bölgəsində (928) qeydə alınıb.