DÜNYA » SİYASƏT
27 Yanvar 2021, 16:37 (GMT +4)

Ukrayna HDQ Türkiyənin "Baykar" firmasından pilotsuz təyyarələr alacaq

Bakı, 27 yanvar, SalamNews. Bu il Ukrayna Donanması  Türkiyənin"Baykar" şirkətindən yenilənmiş funksiyaları ilə həm quruda, həm də dənizdə işləyə bilən pilotsuz təyyarələr alacaq.

SalamNews -un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin Ali Baş Komandanı Aleksey Neijpapa Odessada Türkiyənin müdafiə şirkətinin baş direktoru Haluk Bayraktar ilə görüşdən sonra açıqlayıb.

Haluk Bayraktarın sözlərinə görə, Türkiyə tərəfi Ukraynanı ən son texnologiyalarla təmin edəcək və təcrübəsini Ukrayna tərəfdaşları ilə bölüşəcək.