AZƏRBAYCAN » CƏMİYYƏT
27 Yanvar 2021, 16:29 (GMT +4)

Azərbaycanda son sutkada 601 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub

Bakı, 27 yanvar, SalamNews. Azərbaycanda son sutkada koronavirusa 226 yeni yoluxma faktı qeydə alınıb, 601 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə SalamNews-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 229 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 221 717 nəfər müalicə olunaraq sağalıb, 3105 nəfər vəfat edib. Hazırda 4 762 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7458, bu günə qədər isə ümumilikdə 2 380 074 test icra olunub.