RUSİYA » SİYASƏT
27 Yanvar 2021, 16:56 (GMT +4)

Putin Qarabağa humanitar yardım göstərməyə çağırıb

Bakı, 27 yanvar, SalamNews. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağa humanitar yardım göstərməlidir. Rusiya Federasiyasının prezidenti Vladimir Putin belə deyib.  
“Beynəlxalq ictimaiyyətin, münaqişənin nizamlanmasında iştirak etmiş ölkələrin qarşısında ziyan dəymiş rayonlara yardım göstərilməsi, qaçqınların geri qayıtması kimi humanitar problemlərin həlli, dağıdılmış infrastrukturun bərpası, tarixi, dini və mədəni abidələrin qorunması kimi məsələlər dayanır”, - deyə Putin çərşənbə günü bu il onlayn keçirilən Davos ümumdünya iqtisadi forumunda çıxış edərkən bəyan edib.  
Onun sözlərinə görə, Dağlıq Qarabağda silahlı münaqişəni dayandırmaq üçün Rusiya vasitəçi kimi aktiv səylər göstərib. 
SalamNews RİA Novosti-yə istinadən xəbər verir ki, Putin ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin – Rusiya, ABŞ və Fransanın  əldə edilmiş razılaşmalara əməl edilməsinə çalışdıqlarını bildirib.