DÜNYA » SİYASƏT
27 Yanvar 2021, 17:27 (GMT +4)

Müqtəda Sədr İranla Səudiyyə Ərəbistanı arasında vasitəçiliyiə hazır olduğunu bildirib

Bakı, 27 yanvar, SalamNews, B,Samid. İraqın tanınmış din alimi, ölkə parlamentində birinci yerdə gedən “Sairun” siyasi cinahının lideri Müqtəda Sədr iki region dövləti arasında vasitəçiliyə hazır olduğunu bildirib.

SalamNews xəbər verir ki, bu barədə Müqtəda Sədrin ofisinin sözçüsü Heydər əl-Cabiri rəsmi tvitter səhifəsində paylaşım edib.

O bildirib ki, Müqtəda Sədr İranla Səudiyyə Ərəbistanı arasında danışıqlar kanalının yaradılması üçün vasitəçiliyə hazırdır.

İraqın daxili işlərinə müdaxilənin qəbuledilməz olduğunu bildirən Müqtəda Sədrin nümayəndəsi Qətərlə yanaşı, rəhbərlik etdiyi siyasi fraksiyasının da vasitəçilik işinə dəstək verməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, bundan öncə İraq hökuməti, Küveyt, Qətər və Oman Sultanlığı da İranla Səudiyyə Ərəbistanı arasında vasitəçilik təkliflərini irəli sürüblər.