AZƏRBAYCAN » CƏMİYYƏT
29 Yanvar 2021, 13:51 (GMT +4)

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Bakı, 29 yanvar, SalamNews. Yanvarın 30-da Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. 

Milli Hidrometeorologiya Xidmətindən SalamNews-a verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət  80-90 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi əsəcək. 

Havanın temperaturu  gecə 0-4, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 0-3 dərəcə şaxta olacaq. 

Tibbi-meteoroloji proqnoz

Yanvarın 30-da Abşeron yarımadasında sakit hava şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, havada rütubətliliyin çox olması bəzi  insanlarda narahatlıq hissi yarada bilər.