AZƏRBAYCAN » İQTİSADİYYAT
05 Fevral 2021, 13:51 (GMT +4)

Azərbaycan nefti cüzi ucuzlaşıb

Bakı, 5 fevral, SalamNews. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,12 ABŞ dolları, yaxud 0,8 % azalıb.

SalamNews xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 59,39 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.