DÜNYA » HADİSƏLƏR
15 Fevral 2021, 11:24 (GMT +4)

İndoneziyada topraq sürüşməsi baş verib, itkin düşənlər var 

Bakı, 15 fevral, SalamNews. İndoneziyanın Şərqi Yava əyalətində baş verən torpaq sürüşməsi nəticəsində 14 nəfər yaralanıb, 20 nəfər itkin düşüb.

SalamNews xarici KİV-lərə istinadən xəbər verir ki, sürüşməyə bir gün əvvəl Nqandjuk rayonunda davam edən leysan yağışlar səbəb olub.

Ngetos kəndində sürüşmə nəticəsində səkkiz evə ciddi ziyan dəyib.

Axtarış qurtarma və evakuasiya işləri davam edir.

Fövqəladə Halların Qarşısının Alınması Departamentinin nümayəndəsi Raditya Jatinin verdiyi məlumata görə 294 ailə Şərqi Yava əyalətindəki Pasuruan bölgəsindəki güclü yağışların səbəb olduğu seldən zərər çəkib.

Tropik iqlimi olan İndoneziyada güclü yağışlar tez-tez sellərə və torpaq sürüşmələrinə səbəb olur.