DÜNYA » HADİSƏLƏR
17 Fevral 2021, 16:53 (GMT +4)

İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 12-yə yüksəlib

Bakı, 17 fevral, SalamNews. İndoneziyanın Şərqi Yava əyalətində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

"Kompas" qəzetinin məlumata görə, xilasetmə qrupları Nqanjuk mahalının Ngetos kəndində daha iki qurbanın cəsədi tapılıb.

Sürüşmə 14 fevralda baş verib, təbii fəlakətə uzun müddət davam edən leysan yağışları səbəb olub.

Yeddi nəfər hələ də itkin düşmüş sayılır. 

Axtarış-xilasetmə işləri davam edir.

SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 16 nəfər yaralanıb.