AZƏRBAYCAN » SİYASƏT
22 Fevral 2021, 11:00 (GMT +4)

Sabah Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının görüşü keçiriləcək

Bakı, 22 fevral, SalamNews. Fevralın 23-də Türkiyənin paytaxtı Ankarada Azərabaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Bu barədə SalamNews-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov görüşdə iştirak etmək üçün Türkiyəyə işgüzar səfər edəcək.