DÜNYA » SİYASƏT
22 Fevral 2021, 12:24 (GMT +4)

İran sabahdan beynəlxalq müfəttişlərin qəfil nəzarətlərini dayandıracağını bildirib

Bakı, 22 fevral, SalamNews, B,Samid. Beynəlxalq Atom Enerjisi Agentliyinin iddialarına baxmayaraq, İran sabahdan “əlavə protokol”un icrasını dayandıracağını bildirib. 

SalamNews İSNA-a istinadla xəbər verir ki, bu barədə İranın Milli Təhlükəsizlik Ali Şurası bəyanat verib.

Bildirilib ki, sabahdan etibarən BAEA müfəttişlərinin İranın nüvə təsisatlarına qəfil baş çəkmələri dayandırılır. Əlavə edilib ki, bu ölkə parlamentinin “sanksiyaların zərərsizləşdirilməsi” ilə bağlı təsdiq edilmiş qanununa əsasən həyata keçirilir.

Eyni zamanda İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə BAEA-nin rəhbəri Rafael Qrossi ilə əldə edilmiş razılaşmanın, Parlamentin qəbul etdiyi qanunlar çərçivəsində icra ediləcəyini bildirib.

Qeyd edək ki, ötən gün İran Parlamentinin sədri Məhəmməd-Baqir Qalibaf tvitter səhifəsində yazıb ki, parlamentin “əlavə protokol”un icrasının dayandırılması ilə bağlı təsdiq etdiyi qanun layihəsi 23 fevraldan icra ediləcək.