QAFQAZ » SİYASƏT
24 Fevral 2021, 14:18 (GMT +4)

Ermənistan Baş naziri "İskəndər" raketlərinin keyfiyyətsiz olduğunu açıqlayıb

Bakı, 24 fevral, SalamNews. Ermənistanın Baş naziri Nikol Paşinyan, Dağlıq Qarabağdakı 44 günlük müharibə zamanı Rusiya istehsalı "İskəndər" taktiki komplekslərindən atılan raketlərin partlamadığını  açıqlayıb.

SalamNews xəbər verir ki, "1in.am" saytına verdiyi müsahibədə Paşinyan, keçmiş prezident Serj Sarkisyanın erməni hərbçilərinin hərbi əməliyyatların başlanğıcında - üçüncü və ya dördüncü gün "İskəndər"dən istifadə edə biləcəyinə dair sözlərini şərh edib.

“İskəndər" raketi niyə partlamadı, qoy bununla bağlı sual versin? Ya da məsələn niyə 10 faiz partladı?" - Paşinyan deyib.

Qeyd edək ki, keçmiş prezident Serj Sarkisyan son müsahibəsində "İskəndər" raketlərinin müharibənin son günlərində Şuşa istiqamətində istifadə edildiyini bildirmişdi. Halbuki Ermənistan Müdafiə Nazirliyinin keçmiş rəsmisi Movses Hakobyan 2020-ci ilin noyabrında "İskəndər" raketlərindən istifadə edildiyini açıqlamışdı.