QAFQAZ » SİYASƏT
25 Fevral 2021, 16:23 (GMT +4)

Rusiya və Ermənistan XİN rəhbərləri arasında telefon danışığı baş tutub

Bakı, 25 fevral, SalamNews. Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ilə Ermənistan Xarici İşlər naziri Ara Ayvazyan arasında telefon söhbəti baş tutub.

SalamNews xəbər verir ki, nazirlər Ermənistandakı hadisələri müzakirə edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Məlumata görə, Ayvazyan ölkədə baş verən hadisələrin gedişatı barədə Lavrova məlumat verib. Rusiya tərəfi vəziyyətin Ermənistanın daxili işi hesab etdiyini qarşı tərəfə çatdırıb.

Lavrov bildirib ki, Rusiya məsələnin sülh yolu ilə həll olunacağına inanır.