AZƏRBAYCAN » CƏMİYYƏT
26 Fevral 2021, 17:36 (GMT +4)

Bakı sakininin 2 250 manatı və telefonu soyğunçuluqla alınıb

Bakı, 26 fevral, SalamNews. Bakıda soyğunçuluq hadisəsi olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən SalamNews-a verilən məlumata görə, Nəsimi Rayon Rolis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini A.Əzimov fevralın 25-də Azadlıq prospektində bir nəfərin onun 2250 manat dəyərində mobil telefonunu açıq talama yolu ilə aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini N.Kərimov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.