AZƏRBAYCAN » CƏMİYYƏT
26 Fevral 2021, 15:56 (GMT +4)

Azərbaycanda son sutkada 219 nəfər COVID-19-a yoluxub, 180 nəfər sağalıb

Bakı, 26 fevral, SalamNews. Azərbaycanda koronavirus infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 180 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə SalamNews-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 4 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 479 nəfər müalicə olunaraq sağalıb, 3 213 nəfər vəfat edib. Hazırda 2 297 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6908, bu günə qədər isə ümumilikdə 2 583 362 test icra olunub.