QAFQAZ » SİYASƏT
27 Fevral 2021, 16:57 (GMT +4)

İrəvanda təxminən on min nəfərin iştirakı ilə müxalifətin mitinqi keçirilir

Bakı, 27 fevral, SalamNews. İrəvanda parlament binası yaxınlığında Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı keçirilən etiraz aksiyasında  10 minə yaxın müxalifətçi iştirak edir.

SalamNew RİA "Novosti"yə istinadən xəbər verir ki, etirazçılar Baqramyan prospektində toplanıb.

Prospektin ortasında müxalifət liderləri üçün səhnə qurulub. Paşinyanın istefası və prezidentin Baş Qərargah rəhbərinin istefası barədə baş nazirin qərarını imzalamaması tələbləri səsləndirilir.

Bölgəyə çox sayda hüquq-mühafizə orqanları əməkdaşları cəlb edilsə də, polis baş verənlərə müdaxilə etmir.

Onlar prospektə girişi bağlayıblar.