QAFQAZ » SİYASƏT
01 Mart 2021, 13:51 (GMT +4)

Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirib

Bakı, 1 mart, SalamNews. Ermənistanda Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası  keçirilib.
SalamNews Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, iclas iştirakçıları Ermənistanın daxili və xarici təhlükəsizliyi, dövlətin qarşısında duran çətinliklər və onların aradan qaldırılması yollarını müzakirə ediblər.

Ermənistan prezidenti Armen Sarkisyan və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyan iclasda iştirak etməyib.

Xatırladaq ki, fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb etməsindən sonra siyasi böhran daha da pisləşib.