DÜNYA » SİYASƏT
01 Mart 2021, 17:21 (GMT +4)

ABŞ və Kanada birlikdə Rusiya və Çinə müqavimət göstərməyi planlaşdırır

Bakı, 1 mart, SalamNews. ABŞ prezidenti Co Bayden Kanada Baş naziri Castin Türdodan müdafiə xərclərini artırmasını və Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) modernləşdirilməsinə kömək etməsini istəyib. SalamNews "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə "Wall Street Journal" yazır.

"ABŞ və Kanada, Arktikada Rusiya və Çin hərbi mövcudluğunun artması fonunda oradakı hərbi peyklər və radarlar şəbəkəsini modernləşdirməyi planlaşdırır", açıqlamada deyilir.

Jurnal qeyd edir ki, sistem artıq köhnəlib.

NORAD-ın radarları Rusiya və Çinin müasir raketləri ilə işləməyə hesablanmayıb.