DÜNYA » HADİSƏLƏR
02 Mart 2021, 15:31 (GMT +4)

İndoneziyada Sinabunq vulkanı yenidən aktivləşib

Bakı, 2 mart, SalamNews. İndoneziyanın Sumatra adasında Sinabunq vulkanı yenidən aktivləşib.

İndoneziyanın "Antara" xəbər agentliyinin verdiyi məlumata görə, duman və kül buludu təxminən 3 km yüksəkliyə qalxıb.

Bu, 23 avqustdan bəri Sinabunq dağında ilk böyük püskürmədir.

SalamNews -un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, xəsarət alan yoxdur.

Yanvar ayında İndoneziyanın Yava adasında Merapi vulkanı  oyanmışdı.