RUSİYA » CƏMİYYƏT
08 Mart 2021, 13:48 (GMT +4)

Rusiyada koronavirusdan ölənlərin sayı 89,5 minə yaxınlaşıb

Bakı, 8 mart, SalamNews. Rusiyada son sutkada koronavirus COVID-19-a yoluxma hallarının sayı 10,253 artaraq 4,333,029-a çatıb.

SalamNews xəbər verir ki, bu barədə COVID-19 əməliyyat qərargahından məlumat verilib.

Son sutkada Rusiya Federasiyasında 379 nəfər koronavirusa yoluxma səbəbiylə ölüb.

Epidemiya başlayandan ümumi ölüm sayı 89.473 nəfərə çatıb.

Rusiyada son sutkada 10 322 nəfər olmaqla  COVID-19-dan 3 922 246 nəfər müalicə olunaraq sağalıb.

321.310 xəstənin müalicəsi davam edir.