DÜNYA » İDMAN
08 Mart 2021, 14:05 (GMT +4)

Türkiyə çempionatı: Qalatasaray Sivassporla bacarmayıb - (VİDEO)

Bakı, 8 mart, SalamNews, R.Nadirli. Futbol üzrə Türkiyə Super Liqasında 29-cu turun oyunları keçirilir.

SalamNews xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.“Fatih Karagümrük” evdə “Ankaragücü”nə, “Hatayspor” “Kayserispor”a, “Gənclərbirliyi” “Başakşəhər”ə uduzub.

Ötən tur autsayder “Ankaragücü” qarşısında gözlənilməz məğlubiyyət alan “Qalatasaray” bu dəfə “Sivasspor”la ev oyunundan xal itkisi ilə ayrılıb.

Türkiyə Super Liqası
29-cu tur

Fatih Karagümrük – Ankaragücü 0:1
Qol: A.Potuk, 56.

Hatayspor – Kayserispor 1:3
Qol: Pablo, 54 – İ.Parlak, 24. U.Demirok, 36. P.Enrike, 58.

Gənclərbirliyi – Başakşəhər 0:1
Qol: D.Ba, 90.

Qalatasaray – Sivasspor 2:2
Qol: Falkao, 14; 68-pen – Qradel, 9; Boyd, 38.