DÜNYA » HADİSƏLƏR
11 Mart 2021, 11:58 (GMT +4)

İndoneziyada avtobus uçurumdan aşıb, 26 nəfər ölüb

Bakı, 11 mart, SalamNews. İndoneziyanın Qərbi Yava əyalətində avtobusun uçurumdan aşması  nəticəsində azı 26 nəfər ölüb.

SalamNews xəbər verir ki, "Sinxua" xəbər agentliyi bu barədə yerli hakimiyyət nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə zamanı avtobusda 62 nəfər olub.

Xilasetmə əməliyyatı aparılır.