AZƏRBAYCAN » SİYASƏT
15 Mart 2021, 16:00 (GMT +4)

Müdafiə Nazirliyi: Səhra idarəetmə məntəqələri təyin olunmuş rayonlara çıxarılır

Bakı, 15 mart, SalamNews. Əməliyyat-taktiki təlimlərində plana uyğun olaraq, qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar səhra idarəetmə məntəqələrində xəritələr üzərinə işlənilir.

Bu barədə SalamNews-a Müdafiə Nazirliyindən məlumat verilib.

Mövcud vəziyyətə uyğun hazırlanan məruzələr sərəncam şəklində icra edilməsi məqsədilə müasir rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə komandir-rəis heyətinə çatdırılır.

Ehtiyatda və mərkəzi tabelikdə olan birləşmələrin səhra idarəetmə məntəqələri təyin olunmuş rayonlara çıxarılır.