DÜNYA » SİYASƏT
16 Mart 2021, 16:52 (GMT +4)

ABŞ Braziliyanı "Sputnik V" almaqdan çəkindirməyə çalışıb

Bakı, 16 mart, SalamNews. ABŞ Braziliyanı COVID-19-a qarşı Rusiya istehsalı "Sputnik V" peyvəndi almaqdan imtina etməsi üçün səy göstərib.

SalamNews RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Səhiyyə və  Sosial Xidmətlər Nazirliyinin (HHS) hesabatında deyilir.

"Sputnik V" dərmanının yaradıcıları "Twitter" səhifələrində hesabatdan parçalar yayımlayıb, burada  ABŞ-ın Amerika qitələrinə yardım göstərdiyi və onları "pisniyyətli dövlətlərdən" yardım almaqdan çəkindirdiyi qeyd edilir.

"Buna misal olaraq Braziliyanın COVID-19-a qarşı Rusiya peyvəndindən imtina etməsinə razı salmaq üçün səhiyyə attaşesinin ofisindən istifadə edildiyini göstərmək olar", sənəddə deyilir.

Bundan əvvəl Braziliyada "AstraZeneca" peyvəndinin istifadəsinin təsdiqləndiyi xəbər verilirdi.