DÜNYA » SİYASƏT
18 Mart 2021, 09:41 (GMT +4)

Husilər Yəmənin Mərib əyalətində irəliləyiblər

Bakı, 18 mart, SalamNews, B.Samid. Mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri” (husilər) Mərib əyalətinin Sirvah rayonunda mühüm irəliləyiş əldə ediblər.

SalamNews əl-Məsira telekanalına istinadla xəbər verir ki, “Yəmən Ordusu və Xalq Komitələri” Sirvah rayonunun əl-Uteyf bölgəsini nəzarətə götürüblər.

Hazırda Mərib əyaləti Yəməndə tərəflər arasında gedən ən şiddətli qarşıdurmaların şahididir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı koalisiyasının Yəmənə hərbi müdaxiləsindən altı il keçir. Səudiyyə Ərəbistanı koalisiyasının bu əməliyyatlarına baxmayaraq paytaxt da daxil olmaqla 13 əyalət hələ də husilərin nəzarətindədir. Bu isə o deməkdir ki, Yəmən əhalisinin çoxu hazırda husilərin nəzarətində olan bölgələrdə yaşayırlar. Artıq altı ildir bölgə hava, quru və sudan Səudiyyə Ərəbistanı hərbi koalisiyasının mühasirəsində qalıb. Bölgəyə ərzaq və yanacaq yalnız BMT nəzarətilə və məhdud şəkildə idxal edilir. Mühasirəyə görə, Yəməndə epidemiya ən təhlükəli həddə çətib.