DÜNYA » HADİSƏLƏR
29 Mart 2021, 12:22 (GMT +4)

İndoneziyada neft emalı zavodunda baş verən partlayışda 20 nəfər yaralanıb

Bakı, 29 mart, SalamNews. Qərbi Yava əyalətinin Indramayu bölgəsindəki neft emalı zavodunda baş verən partlayış nəticəsində azı iyirmi nəfər yaralanıb.
SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, partlayış yerli vaxtla saat 00.30 radələrində baş verib.

Qəzet yanğında beş nəfərin ağır yandığını qeyd edir.

Partlayışın səbəbi hələ müəyyənləşdirilməyib. Yanğının qarşısının alınması işləri davam edir.

Yaxınlıqda yaşayan yüzlərlə sakin evakuasiya edilib.