DÜNYA » SİYASƏT
01 Aprel 2021, 12:44 (GMT +4)

Sputnik: Pozner etiraz aksiyalarından sonra Gürcüstanı tərk edib

Bakı, 1 aprel, SalamNews. Rusiyalı jurnalist Vladimir Pozner və qonaqları Tbilisidə etirazla qarşılandıqdan sonra Gürcüstanı tərk edib.

"Tiflisdə etiraz aksiyası ilə qarşılanan tanınmış rusiyalı jurnalist Vladimir Pozner və qonaqları Gürcüstanı tərk ediblər", "Sputnik Georgia"nın məlumatında deyilir.

Pozner 3 apreldə Gürcüstanı tərk etmək niyyətində olub, ancaq planlarını dəyişdirmək məcburiyyətində qalıb.

SalamNews xəbər verir ki, o, polisin mühafizəsi altında oteldən çıxmalı olub.

Vladimir Poznerin ölkəyə gəlişi ilə Gürcüstanın paytaxtı Tbilisidə etiraz mitinqi keçirilib.

Etirazçılar jurnalistin Abxaziya ilə bağlı şərhlərini qəbuledilməz hesab etdikləri bildirib.