DÜNYA » SİYASƏT
07 Aprel 2021, 13:29 (GMT +4)

Castin Trüdo: Kanada COVID-19-un üçüncü dalğası ilə üzləşib

Bakı, 7 aprel, SalamNews. Kanada hazırda COVID-19 koronavirusunun üçüncü dalğası ilə qarşılaşmaq məcburiyyətindədir.

SalamNews -un "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bunu baş nazir Castin Trüdo  çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bəyan edib.

"Bütün dünyada ölkələr bu pandemiyanın  üçüncü dalğası ilə qarşı-qarşıyadır. Hazırda, bu Kanadadır", Trüdo bəyan edib.

Trüdo daha sonra vəziyyəti Ontario vilayətinin Baş naziri Daq Fordla müzakirə edəcəyini də qeyd edib.

Məlumata görə, bu vilayətdə koronavirus yoluxmalarının artması səbəbi ilə ötən şənbə qismən karantin rejimi tətbiq edilib.