RUSİYA » CƏMİYYƏT
08 Aprel 2021, 13:17 (GMT +4)

Rusiyada koronavirusdan ölənlərin sayı 102 minə yaxınlaşıb

Bakı, 8 aprel, SalamNews. Rusiyada son sutkada koronavirusa (COVID-19) yoluxma hallarının sayı 8.672 artaraq 4.614.834-ə çatıb.

SalamNews xəbər verir ki, bu barədə COVID-19-la mübarizə üzrə əməliyyat qərargahından məlumat verilib.

Son sutkada Rusiya Federasiyasında 365 nəfər koronavirusa yoluxma səbəbindən ölüb.

Pandemiya başlayandan bəri ölənlərin ümumi sayı 101.845-ə çatıb.

Rusiyada son 24 saat ərzində 9 558 nəfər olmaqla COVID-19-dan 4 239 038 nəfər sağalıb.

273.951 nəfərin müalicəsi davam edir.