DÜNYA » SİYASƏT
08 Aprel 2021, 17:10 (GMT +4)

Almaniyanın müdafiə nazirliyi: Hava hücumundan müdafiə sistemi Türkiyə PUA-ları qarşısında acizdir

Bakı, 8 aprel, SalamNews. Almaniya hava hücumundan müdafiə sistemi Türkiyə pilotsuz uçuş aparatları qarşısında acizdir.

SalamNews "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın tanınmış "Frankfurt Allgemeine Zeitung" qəzetində dərc olunan məqalədə deyilir.

Qəzetin yazdığına görə, Türkiyə pilotsuz təyyarələri alman ordusu sıralarında şok effekti yaradıb.

Almaniya Müdafiə Nazirliyi, ölkənin hava hücumundan müdafiə sisteminin türk pilotsuz uçuş aparatına (PUA) qarşı gəlmək iqtidarında olmadığını qəbul edir.

Müdafiə naziri Anneqret Kramp-Karrenbauer problemi həll etmək üçün bəzi təkliflər irəli sürüb.

"PUA hücumları təhlükəsi ilə əlaqədar hava hücumundan müdafiə sisteminin təcili olaraq yenilənməsinə ehtiyac var, əks halda silahlı qüvvələr buna müqavimət göstərmək vəziyyətində  olmayacaq", məqalədə deyilir.