DÜNYA » SİYASƏT
09 Aprel 2021, 11:39 (GMT +4)

Taliban Əfqanıstan-İran sərhədində postlara hücum edib, azı 9 ölü var

Bakı, 9 aprel, SalamNews, B,Samid. Taliban Əfqanıstanın Hərat əyalətində sərhəd postlarına hücum edib. Ölənlər və girov götürülənlər var.

SalamNews ToloNews-a istinadla xəbər verir ki, bu barədə Hərat əyalətində təhlükəsizlik mənbələri məlumat veriblər.

Bildirilib ki, Taliban ötən gecə Hərat əyalətinin Quryan və Kuhasan rayonlarında iki sərhəd postuna hücum edib.

Bu hücum nəticəsində azı 9 sərhəd xidmətçisi həlak olub.

Onlardan 15-i Taliban tərəfindən giröv götürülüb.

Qeyd edək ki, bir neçə aydır Əfqanıstandaxili sülh danışıqlarında fasilə yaranıb.