AZƏRBAYCAN » CƏMİYYƏT
09 Aprel 2021, 16:34 (GMT +4)

Azərbaycanda son sutkada 2 206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib

Bakı, 9 aprel, SalamNews. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 206 yeni yoluxma faktı qeydə alınıb, 1 578 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SalamNews-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.