AZƏRBAYCAN » CƏMİYYƏT
09 Aprel 2021, 17:35 (GMT +4)

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı, 9 aprel, SalamNews. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42 234 vaksin vurulub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SalamNews-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 930, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 304 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 111 722, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 706 433, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 405 289 təşkil edir.