AZƏRBAYCAN » HADİSƏLƏR
10 Aprel 2021, 10:19 (GMT +4)

DİN: Ötən gün ictimai yerlərdə 18 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb

Bakı, 10 aprel, SalamNews. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 9-da respublika ərazisində 18 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

DİN-dən SalamNews-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkləyaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərininpozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaqaraşdırmaları davam etdirilir.

Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik.