AZƏRBAYCAN » İQTİSADİYYAT
13 Aprel 2021, 15:23 (GMT +4)

Son 3 ildə Azərbaycanda əməkhaqqı fondu 81% artıb

Bakı, 13 aprel, SalamNews. 2018-2020-ci illərdə Azərbaycanda əməkhaqqı fondu 81% artıb.

SalamNews bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı 3 illik hesabata istinadən xəbər verir.

Sənədə əsasən, artım dövlət sektorunda 76%, özəl sektorda isə 87% olub.

Hesabat dövründə ölkədə minimum əməkhaqqı 116% artaraq 250 manata, median əməkhaqqı isə 66% artaraq 343 manata çatıb.