AZƏRBAYCAN » CƏMİYYƏT
13 Aprel 2021, 17:52 (GMT +4)

FHN-nin əməkdaşı koronavirusdan vəfat edib

Bakı, 13 aprel, SalamNews. Fövqəladə Hallar Nazirliyinin bir müddət öncə COVID-19 virusuna yoluxan gənc əməkdaşı Oqtay Quliyev vəfat edib.

FHN Mətbuat xidmətindən SalamNews-a bildirilib ki, Nazirliyin Nərimanov rayon Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşı 1990-cı il təvəllüd Oqtay Quliyev müalicə olunduğu xəstəxanada vəfat edib.

O.Quliyev, həmçinin, FHN işçilərinin Həmkarlar İttifaqının üzvü olub.