DÜNYA » HADİSƏLƏR
13 Aprel 2021, 17:10 (GMT +4)

Çində mədəndə baş verən uçqunda ölənlərin sayı 8 nəfərə yüksəlib

Bakı, 13 aprel, SalamNews. Çinin cənubundakı Quyçjou əyalətində kömür mədənində uçqun baş verməsi nəticəsində səkkiz nəfər ölüb, biri yaralanıb.

SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, mədənçilərdən biri həlak olub, yeddi nəfər dağıntılar altında qalıb.

Hazırda axtarış-xilasetmə işləri başa çatıb, daha yeddi nəfərin cəsədi aşkar edilib. Hadisə ilə bağlı istintaq davam edir.

Zərərçəkən şəxsə yardım göstərilir.