RUSİYA » SİYASƏT
13 Aprel 2021, 17:40 (GMT +4)

Kreml Türkiyədə koronavirusla bağlı vəziyyətin “təhlükəli şəkildə gərginləşdiyini” açıqlayıb 

Bakı, 13 aprel, SalamNews. Dünyada koronavirus pandemiyası bitməyib, Türkiyədə COVID-19-a yoluxmalarda vəziyyət "təhlükəli şəkildə gərginləşib".

SalamNews -un RT-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

“Birincisi, pandemiya bitməyib, burada simvolizə ediləcək bir şey yoxdur. Pandemiya davam edir və bildiyiniz kimi təəssüf ki, qonşu dövlətlərdə, Avropa dövlətlərində, Türkiyədə yeni yoluxmalar  təhlükəli şəkildə artmaqdadır", Peskov deyib.

Peskovun sözlərinə görə, Rusiyada koronavirusla bağlı vəziyyət qonşu ölkələrə nisbətən daha sakitdir.

"Ancaq pandemiyanın bitdiyini söyləmək səhv olardı", o qeyd edib.