DÜNYA » İQTİSADİYYAT
15 Aprel 2021, 15:04 (GMT +4)

"Türk Hava Yolları" Rusiyaya uçuşları 1 iyuna qədər dayandırıb

Bakı, 15 aprel, SalamNews. Türkiyənin ən qabaqcıl mülki aviasiya şirkəti olan "Türk Hava Yolları" (THY) Rusiya ilə uçuşlarını 1 iyuna qədər dayandıracaq. Bu tarixə qədər Rusiya ilə Türkiyə arasında uçuşlar qarşılıqlı şəkildə həftədə iki dəfə həyata keçiriləcək. SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə THY-nin sosial şəbəkələrdə yayımladığı məlumatda deyilir.

“Müvafiq qərar rəsmi səviyyədə qəbul edilib. 15 aprel - 1 iyun 2021-ci il tarixlərində hər iki istiqamətdə bütün uçuşlar dayandırılıb. Bu müddət ərzində Rusiya Federasiyası ilə Türkiyə arasında uçuşlar həftədə iki dəfə qarşılıqlı şəkildə həyata keçiriləcək", məlumatda deyilir.