DÜNYA » SİYASƏT
16 Aprel 2021, 11:20 (GMT +4)

AB ABŞ-ın ardınca Rusiya dövlət borcuna qarşı sanksiyaların tətbiqini istisna edib

Bakı, 16 aprel, SalamNews. Avropa Birliyində (AB) Rusiyanın suveren borcuna sanksiya tətbiq edilməsi istisna edilib.

SalamNews -un məlumatına görə, bu barədə "TASS"a Brüsseldəki  diplomatik mənbə bildirib.

Onun sözlərinə görə, Rusiyanın dövlət borcuna qarşı sanksiyalar məsələsi AB qurumlarının gündəmində deyil.

"Hazırda bu müzakirə edilmir və heç bir AB ölkəsi bu cür tədbirlər təklif etməyib", mənbə bildirib.