DÜNYA » SİYASƏT
16 Aprel 2021, 11:41 (GMT +4)

Əfqanıstanın Qəndəhar əyalətində partlayış nəticəsində bir ailənin bütün üzvləri həlak olublar

Bakı, 16 aprel, SalamNews, B.Samid. Qəndəhar əyalətinin Şah-Vəli rayonunda mülki şəxsləri daşıyan maşın minaya düşüb. Ölənlər var.

SalamNews ToloNews-a istinadla xəbər verir ki, bu barədə Qəndəhar əyalətinin Polis İdarəsi açıqlama verib.

Bildirilib ki, Şah-Vəli rayonunda mülki şəxsləri aparan maşın yol kənarından basdırılmış minaya düşüb.

Bu partlayış nəticəsində aralarında ikisi uşaq olmaqla dörd nəfərdən ibarət ailə üzvləri həyatını itiriblər.

Qeyd edək ki, BMT-nin Əfqanıstan üzrə nümayəndəliyi yayımladığı hesabata görə, cari ilin əvvəlindən indiyədək Əfqanıstanda həyata keçirilən qarşılıqlı hücumlarda 573 mülki şəxs həyatını itirib.