DÜNYA » CƏMİYYƏT
17 Aprel 2021, 12:21 (GMT +4)

Həsən Ruhani İranı çətin həftə gözlədiyini bildirib

Bakı, 17 aprel, SalamNews, B.Samid. Həsən Ruhani koronavirusla bağlı mübarizədə İranı çətin həftə gözlədiyini bildirib.

SalamNews İSNA-a istinadla xəbər verir ki, İran prezidenti Həsən Ruhani bu gün Nazirlər kabinetinin nəzdində fəaliyyət göstərən Koronavirusla mübarizə mərkəzində çıxışı zamanı cari həftənin İran üçün çətin keçəcəyini bildirib.

İranda koronavirusun dördüncü dalğasının başladığı, ölkədə yayılmış koronavirusun yeni növününü daha sürətlə sirayət etdiyini, ölkədə şəhərlərin çoxunun “qırmızı” və “narıncı” bölgə olduğunu deyən Həsən Ruhani cari həftənin İran üçün çətin olacağını qeyd edib.

Bildirək ki, İranda indiyədək koronavirusa yoluxanların sayı 2,19 milyon, sağalananlar 1,76 milyon, ölənlər isə 66 min nəfərdir.