DÜNYA » SİYASƏT
19 Aprel 2021, 09:37 (GMT +4)

Misirdə qatar qəzasında ölənlərin sayı 11-ə çatıb

Bakı, 19 aprel, SalamNews, B.Samid. Misirin Qalyubiyyə əyalətində qatarın relslərdən çıxaması və aşması nəticəsində ölənlərin sayı 11-ə çatıb.

SalamNews Əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat verib.

Bildirilib ki, ötən gün Qalyubiyyə əyalətinin Tux şəhəri ərazisində Qahirə - əl-Mənsurə qatarının relslərdən çıxması və aşması nəticəsində ölənlərin sayı 11-ə çatıb.

Bu hadasidə daha 98 nəfər müxtəlif dərəcələrdə yaralanıblar.

Qeyd edək ki, bu cari ayda Misirdə üçüncü qatar qəzasıdır.

Ölkədə dəmir yolları nəqliyyatı infrastrukturasının köhnə olması qəzaların əsas səbəblərindən biridir.