AZƏRBAYCAN » SİYASƏT
19 Aprel 2021, 10:30 (GMT +4)

Prezident yenidən qurulan “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışını edib

Bakı, 19 aprel, SalamNews. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Bakının Suraxanı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında iştirak edib.

SalamNews xəbər verir ki, dövlət başçısı, həmçinin məsafədən idarə olunan SCADA Dispetçer sistemi vasitəsilə 110/35/6 kilovoltluq “Maştağa” yarımstansiyasının yenidənqurmadan sonra açılışını edib.